EV / ÇÖL
Ağac deyib keçməyin Tarix : 28 İyun 2019, 14:48
Yazar : Qadinkimi.com

Özünüzü gərgin hiss edirsiz? Dərhal qalxın, sizə ən yaxın olan ağacı seyr etməyə başlayın. Əgər yaxınlığınızda şam ağacı varsa daha şanslısız. Stress atmaq üçün şam ağacı ən uyğun ağac sayılır. 

 

    

 

 

Bu sözlərin sahibi, ağacların insan üzərindəki təsirləri mövzusunda tədqiqatlar aparan, Texas Universitetinin professoru Rocer Ulrichdi. Professor Rocer Ulrichin araşdırmalarına görə, ağacları seyr etmək, üç beş dəqiqə bir ağaca baxmaq, insana əsəb dərmanı qəbul etmişcəsinə rahatlıq gətirir. Ağaclıq yollardan keçərək işlərinə gedən insanlar, daha sakit və rahat olaraq işlərinə başlayırlar. Professor Ulrich, sinirləri rahatladıcı təsiri baxımından şam ağacını xüsusilə təklif edir. Araşdırmalara görə şam ağacının stressi azaldan təsiri digər ağaclardan daha çoxdu.
 
 

Görünüşünün, insanlara gözəl hisslər və müsbət enerji aşıladığı qeyd olunur. Bunlardan bir başqası da çinar ağacıdı. Bol yarpaqlı çinar ağacını beş dəqiqə seyr etmək insanı rahatlaşdırır və stressdən xilas edir. Professor Rocer Ulrich, ağaclı yerlərə uzaq olanlara və ofis şəraitində işləyənlərə də, kompüter ekranında ağaclı mənzərələr və ağaclar arasında virtual gəzinti olan filmləri izləməyi məsləhət görür. Bu barədə açıqlaması isə belədi: "Real ağac olmayan ortamlar üçün kompüterdəki ağac şəkilləri və filmləri də eyni təsiri göstərə bilir.
 

 
Ağaclara baxmaq, budaqlarını seyr etmək, küləkdə uçuşan yarpaqları izləmək stressdən xilas olmaq üçün ən kəsdirmə yoldu. Hətta pəncərədən üç-beş dəqiqə də olsa ağaclara baxmaq, incə budaqları uclarına qədər izləmək əsəb sistemini yaxşılaşdırır. Xüsusilə yüksək təzyiqi olanların bu "ağaclı" rahatlama üsulu ilə təzyiqləri normal hala düşür. Əzələlər boşalır və insan dincəldiyini, rahatladığını, stressini müəyyən qədər üzərindən atdığını hiss edir."


Qadinkimi.com