BURA / ORA, SƏNƏT
Bakı bulvarında böyük nar formalı bina tikmək təklif edildi - FOTOLAR Tarix : 13 Yanvar 2020, 16:53
Yazar : Qadinkimi.com
Gənc memar Ayaz Bağırov Azərbaycanın əsas rəmzlərindən olan nar formalı maraqlı bir layihə hazırlayıb. 
O öz yeni layihəsini ictimaiyyətin müzakirəsinə təqdim edib. Gənc memar binanı Bakı bulvarında Baku Cristal Hall-un yaxınlığında tikməyi təklif edir. 

Layihəyə əsasən, binanın sahəsi 1 hektar, hündürlüyü – 70 metr (12 mərtəbə) olacaq. Binanın dizaynı səkkizguşəli, nar formasında verilib və yuxarıdan baxdıqda tac hissəsində Azərbaycanın gerb və bayrağındakı səkkiz guşəli ulduz əks olunub.
Gənc memar layihəsini müxtəlif aidiyyatı qurumlara baxılması üçün göndərib.

Qeyd edək ki, Bakıda keçirilmiş "Azerbaijan Design Award" dizayn müsabiqəsində Ayaz Bağırovun "Bakı Mədəniyyət Mərkəzi" adlı layihəsi "Ən yaxşı İnteryer və Eksteryer" nominasiyasını qazanıb.
 
 


 
 

qadinkimi.com