QADIN / KİŞİ
Dikdaban ayaqqabıları 16 – cı əsrdə ilk dəfə kişilər geyinib. Tarix : 06 İyul 2020, 15:52

29 fevral tarixində İrlandiyada qadınlar sərəbəst şəkildə istədikləri şəxsə evlənmək təklifi edə bilərlər. 11 - ci əsrdə qanunla qəbul olunan bu adət hələ də davam edir. Bu adətə görə evlənmə təklifindən imtina edən kişi mütləq şəkildə cərimə ödəməlidi.

 

*** 


Qədim Roma qadınlarının şəxsi adları olmayıb. Onlar yalnız qəbilələrinin adını daşıyırdılar. Məsələn, Yuliya nəslində dünyaya göz açan qızın adı Yuliya qoyulurdu. Əgər bir ailədə ikinci və ya üçüncü dəfə qız uşağı dünyaya gəlirdisə, o zaman onlara Yuliya 1 və ya Yuliya 2 adları verilirdi.

 

***


1140 - cı ildə Almaniyanın Vaysberq şəhərini zəbt edən Roma imperiyasının kralı III Konrad müharibədə viranə qalmış şəhərdən qadınlara istədiklərini özləri ilə aparmağa icazə verir. Belə bir qərara sevinən qadınlar öz çiyinlərində yalnız həyat yoldaşlarını daşıyaraq şəhəri tərk etmişlər.

 

*** 

 

Dünyanın ən kiçik boylu qadını Cənubi Afrikada yaşayır. Marj Bester adlı bu xanımın boyu 55 santimetrdir. Ən ucaboy xanım isə Adriani Sklenarikovadır. Onun boyu 185 santimetr, ayaqlarının uzunluğu 125 santimetrdir.

 

*** 

 

Dikdaban ayaqqabıları 16 – cı əsrdə ilk dəfə kişilər geyinb. Fars şahzadələri at sürəndə dikdaban ayaqqabılardan istifadə ediblər. Sonradan kişi kimi görünmək arzusuyla qadınlar dikdaban ayaqqabılar geyinməyə başlayıb.

 

*** 

 

Araşdırmalar göstərir ki, qızların özlərini xoşbəxt hiss etməsi onların gözəlliyi ilə eynidr, amma gözəl qızların 25%-i həyatda xöşbəxt olmur.

 

*** 

 

İsraildə qadınlar hərbi mükəlləfiyyət daşıyırlar. Onlar da kişilər kimi hərbi xidmətə gedirlər.

 

***

 

 Dünyada ən çox qadın yaşayan yer Ukraynanın Lvov şəhəridir,

 

*** 

 

BMT-nin araşdırmalarına görə, dünyadakı işlərin 66%-i qadınlar tərəfindən görülür. Buna baxmayaraq, qadınlar dünyadakı ümumi qazancın cəmi 10%-nə sahib ola bilirlər. Dünyadakı mülkiyyətin isə cəmi 1%-nə sahibdirlər. Kişilər dünyadakı işlərin 34%-ni görürl. Ancaq dünyadakı gəlirin 99%-nə sahibdirlər.


 

qadinkimi.com