EV / ÇÖL
Əgər gecə çarpayının yanına telefon qoyursuzsa, onda bu xəbəri mütləq oxuyun! Tarix : 05 İyul 2019, 23:04
Yazar : Qadinkimi.com

Xatırlayırsızsa, biz insan övladının daim ünsiyyətdə ola biləcəyini hələ 30 il bundan əvvəl fantastik filmlərdən baxır və ya romanlarda oxuyurduq. Hətta söhbət zamanı öz həmsöhbətinin üzünü görmək – bir möcüzə idi!

O zaman bizə elə gəlirdi ki, ən azı bir əsr keçməlidir ki, belə bir şey bizim də həyatımızda yaransın.
 

 


   

 

Bunlar bizim nəyimizə lazımdır?


Budur onlar yanımızdadı - bizə ünsiyyət üçün video görüntü imkanı yaradan kompüter və sevimli smartfonumuz. Sonuncudan biz nə evdə, nə də işdə ayrıla bilirik, hətta bir çoxumuz yatarkən çarpayısının yanına qoyur, hələ yastığın altına qoyanlar da var. Bu nə qədər təhlükəsiz vərdişdir? Ümumiyyətlə, niyə insan öz elektron əşyalarına bu qədər bağlıdı?


Çoxları doğrudan da qorxurlar ki, yatdıqları zaman nəsə böyük bir şey qaçırarlar.


Birdən gecəquşu-dostlarından hansıylasa nəsə hadisə baş verər və ya sadəcə çox maraqlı bir məlumat çatdırmaq istəyərlər, sən isə bunu ən sonda öyrənmiş olarsan.


Zəngli saatı qurmaq vərdişi də çox yayılıb. Bircə dəfə səhər cingildəyəcək, və yaxşı ki, yanında, əlinin altındadı... söndürmək asandı:)


Bəziləri hətta telefonu yükləyiciyə başucunda qoyur ki, yüklənən kimi həmən çıxartsın. 


Mənfi nəticələri


Stress və yuxunun pozulması


Təhlükə də elə burdan yaranır. Biz şüuraltında gözləyirik ki, kimsə zəng edəcək, sms yazacaq. Bir çoxu da başqalarını oyatmamaq üçün və ya yatanda diksinməmək üçün zəngli saatdan əvvəl oyanmağa çalışır. Bu səksəkə, həyəcan yığılır və biz gecə ərzində bir neçə dəfə yuxudan oyanmağa başlayırıq. Yuxunun pozulması böyüyüb sonra əsl yuxusuzluğa, əzablı, üzüçü baş ağrılarına, yorğunluğa, iş qabiliyyətinin itirilməsi və əsəbiliyə gətirib çıxarır.


Elektromaqnit dalğaları


Bu cür problemlər də ona görə dərinləşir ki, elektromaqnit şüalanma bizə ciddi şəkildə mane olur. Ümumdünya Səhiyyə Təşkilatı bu haqda geniş tədqiqatlar apararaq, bu dalğaların sağlamlığa vurduğu ziyanın reallığını təsdiq etmişdi.


İlk növbədə, bu şüalar ürək ritminə mənfi təsir göstərir, həmçinin orqanizmin özünü tənzimləmə prosesinə mane olur. Bioritmləri zəiflədir, orqanizmi həyəcanlandırır. Bundan da gecə qarabasmaları və gündüz stressləri yaranır.


Sonsuzluq və digər təhlükəli xəstəliklər


ÜST-nın məlumatına görə mobil telefonun uzun müddət yanınızda qalması onkoloji xəstəlikləri yarada bilir, kişilərdə isə cinsi funksiyaların zəifləməsinə, iqtidarsızlığa, bəzən də sonsuzluğa gətirib çıxarır.


Eşitmə itkisi


Yəqin sizin də bəzi tanışlarınızda qulaqcıqla musiqi və ya hər hansı bir "faydalı" məlumatı telefon və ya kompüterlə dinləyərək yuxuya getmək kimi bir vərdiş var. Bayaq adını çəkdiyimiz elektromaqnit dalğalarından əlavə burda səs dalğaları da fəaliyyət göstərir. Bu da böyük bir eşitmə itkisi riski deməkdi.


Artıq yüzlərlə zəif eşitmə və ya eşitmənin tam itirilməsi halları qeydə alınıb. Səbəb isə açıq aydın qulaqcıqlardan həddən çox istifadə edilməsi olub.


    

 

Görmə pozulması


Tibbi tədqiqatlar qəti şəkildə sübut edir: Bizim "sevimlilərin" ekranından yayılan radiasiya yalnız sinir yaradır, sinir sistemini qıcıqlandırır, eyni zamanda görmə qabiliyyətinə mənfi təsir edir.


Nə etməli?


Mənfi nəticələrdən qaçmaq üçün, hər gecə telefonu söndürməli. Baxmayaraq bu əsas üsuldan çox az istifadə edirlər. Ən azı interneti bağlayın, bu zaman artıq şüalanma daha az olacaq. Daha az effektiv olmasına baxmayaraq, bir asan yol daha var: Heç olmasa telefonu özünüzdən uzaqlaşdırın. Minimal məsafə - iki metr yarım və ən yaxşısı lap uzaqda olmasıdı. Zəngli saatı isə mümkünsə telefondan deyil, adi saatdan istifadə edin, ən azı gecə mobil telefonunuz tərəfə sıçramazsız.


Qətiyyən yükləməyə qoyulmuş telefonu yastıq altında saxlamayın.


Onlardan dəfələrlə qısaqapanma və yanğın halları baş verib. Elektrik cərəyanı vurub. Ölüm halları qeydə alınıb. Bizim yastıqlar sintetik olduğu üçün bu kimi xırda şeylərdən tez alışıb yana bilir. Siz isə tərslikdən həmin vaxt yuxuya gedə bilərsiz, sonra qəfil yuxudan ayılaraq panikləyərsiz. Özünüzə gündüz də diqqət edin.


Sonda isə elektron əşyalarınızın gündəlik istifadəsi üçün nəzərdə tutulmuş bir neçə ipucu verək. Əvvəla, lakonik olmağa çalışın, uzun müddət telefonda danışmayın. Hər cəhətdən xeyirlidir – zəhlətökən olmayın, həm öz, həm də həmsöhbətinizin vaxtına qənaət edin. Və əlbəttə artıq şüalanma və əlavə eşitmə sinirlərinin yükündən qaçın. Heç olmasa söhbət zamanı aparatı bir qulağınızdan digərinə keçirin. Əgər imkan varsa – başınızı telefondan bir az uzaqlaşdırın, bildiyimiz sadə cihazların vasitəsilə özünüzdən kənarda saxlayın.


Uşaqların sağlamlığını qoruyun - telefonu "oyuncaq" kimi istifadə etmələrinə icazə verməyin.


  

 

Vücudunuzda, xüsusilə ürəyinizə yaxın bir yerdə cib telefonu saxlamayın. Xüsusilə kişilər bilməlidi ki, smartfon üçün ən pis yer - şalvarın cibidir! Hətta gün ərzində telefonunuzu görmə əhatəsində saxlasanız belə, o sizin masaüstünüzdə qalır, heç olmasa maksimum məsafədə uzaqda saxlayın...

 

 


Qadinkimi.com