BURA / ORA, FEMİNİZM
Günün rəqəmi: Bir ildə 87 min qadın öldürülüb Tarix : 07 Dekabr 2019, 13:37

 

Günün rəqəmi: Bir ildə 87 min qadın öldürülüb!


Birləşmiş Millətlər Təşkilatı qorxunc statistika təqdim edib. Bu statistikaya görə 2017-ci ildə inkişaf etmiş-inkişaf etməmiş ölkə fərqi olmadan, bütün dünyada 87 min qadın öldürülüb. 


Qadınlar ən çox həyat yoldaşları və ailə yaxınları tərəfindən qətlə yetirilib. Bu cinayətlərin məhz 30 mini həyat yoldaşları və ya köhnə həyat yoldaşlarının payına düşür. 


Qadın cinayətlərinin ən çox yaşandığı ölkələrin sıralaması belədir:


El Salvador, Mərkəzi Afrika Respublikası, Cənubi Afrika, Honduras 

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) açıqlamasına görə dünyada 2017-ci ildə həyat yoldaşları və ailə üzvləri tərəfindən öldürülən ən çox qadın sayı (20 min) Asiya qitəsinin payına düşür. Daha sonra sıralamanı Afrika qitəsi (19 min), Amerika (8000), Avropa (3000) və Avstraliya (300) davam etdirir.


BMT hesabatında Afrikada qadınların və gənc qızların sevgililəri, həyat yoldaşları və ya ailə üzvləri tərəfindən öldürülmə risklərinin daha yüksək olduğu (69%) bildirilir. 


BMT-nin statistikalarına görə Hindistanda ildə 5 mindən artıq "namus cinayəti” baş verir. Bu cinyətlərin demək olar ki, hamısı kəndlərdə adət-ənənələrin qorunması adı ilə qohumlar tərəfindən törədilir. 


Pakistanda hər il "ailə namusuna zərər gətirmək”lə ittiham edilən yüzlərlə qadın yaxınları tərəfindən vəhşicəsinə öldürülür. Pakistanın qonşusu Əfqanıstanda isə verilən rəsmi açıqlamalara görə "2011-ci ilin aprel ayından 2013-cü ilin avqust ayına qədər 243 namus cinayəti” qeydə alınıb. 


Bu gün qadınlar təkcə "namus cinayəti” qurbanı olmur. Eyni zamanda müharibələrdə cinsi təcavüzə də məruz qalırlar. 


Hazırda müharibə gedən bölgələrdə cəmiyyəti kökündən sarsıtmaq məqsədilə "savaş silahı” kimi qadınlara qarşı təcavüzlər davam edir. BMT-nin verdiyi məlumatlarda 2014-cü ildə İŞİD-in İraqdakı yezidilərə qarşı potensial soyqırım törətməsi və minlərlə qadını seks köləsinə çevirməsi bildirilir. 


Konqo Demokratik Respublikasının şərq əyaləti olan Kivuda 25 ildir ki, cinsi şiddətə məruz qalan qadınlar və qız uşaqları öldürülür. 



Bəzi ölkələr qadına şiddətlə mübarizədə nümunə göstərilsə də...


İspaniya 2000-ci illərin əvvəlindən bəri davamlı olaraq qadın cinayətlərinə qarşı göstərdiyi ardıcıl mübarizələrlə örnək göstərir. İspaniyada 2003-cü ildə 71 olan qadın cinayəti sayının 2018-də 50, 2019-cu ilin əvvəlindən bəri isə 51 olmasıdı. 


Kanadada da qadına yönəlik şiddətə qarşı tədbir planları həyata keçirilir. Dərnəklər, polislərə yönəlik təlimlər bu düşüncəni dəstəkləyir. Eyni zamanda Qadın sığınacaqları da fəaliyyətini genişləndirir. 


Ancaq bütün bunlara baxmayaraq, Kanadada hər il altı gündə bir qadın həyat yoldaşı tərəfindən öldürülürYerli qadınlar digərləri ilə müqayisədə altı dəfə artıq risk altındadır.


Hər gecə 6 mindən artıq qadın və uşaq ailənin kişi üzvünün şiddətindən qaçmaq üçün sığınacaqlara üz tutur

 

qadinkimi.com