BURA / ORA, YAZI / DÜŞÜNCƏ
İran qadınlarına Sezen Aksudan dəstək… Tarix : 28 Sentyabr 2022, 18:23
Yazar : Qadinkimi.com

Uzun müddətdir səhnə fəaliyyətini donduran Türkiyənin əfsanəvi sənətkarı Sezen Aksu susqunluğunu pozaraq İran qadınlarına dəstək  sərgiləyib.


Öz rəsmi saytında İranda qətlə yetirilən Mahsa Amini və bütün İran qadınlarına dəstək məqsədli yazı paylaşıb. 


Qadinkimi.com ailəsi olaraq sizə həmin yazını təqdim edirik. 


"Uzun zamandır qarmaqarışıq duyğu və düşüncələrlə olub bitəni izləyirəm. Əcəba deyirəm, bu ataərkil (patriarxal) erkək tərəzisində bərabərləşə bilmək üçün daha neçə ton acı lazım? Özgürlük neçə ölüm istəyir? Neçə qadın, neçə övlad, neçə qovğa, neçə savaş, neçə işgəncə, neçə cəhənnəm istəyir?


İranlı qadınlar bu kədərli keçmişin örtüyünü yırtıb yanlarına yaxşı insanları aldılar, atəşin üstünə-üstünə yeridilər. Gənc yaşında həyatı əlindən alınan Mahsa Amini və özgürləşmə mücadiləsi verən bütün İran və dünya qadınlarının cəsarəti önündə sayğıyla baş əyirəm.


Acınız acım, mücadiləniz mücadiləmdir”.


Sezen Aksu

 


qadinkimi.com