HƏR ŞEY / HEÇ NƏ
Kamran Nəzirlidən maraqlı deyimlər Tarix : 17 Sentyabr 2019, 20:11
Yazar : Qadinkimi.com

 

1. Kişini gərək 60 yaşdan sonra tərifləyəsən, qadını-hər gün.

2. Gözəl və şıltaq qadından qorxma, gözəl və lovğa qadından qorx –sonuncunun təbiətində əzəli şeytan gizlənir.

3. Şöhrətli olmağın yolları çoxdur, ən etibarlısı qadına qarşı xəsislik etməməkdir.

4. Bəlağətli və gözəl danışan kişilər adətən hiyləgər və etibarsız olurlar.  Siz qaraqabağ, az danışan, bir qədər kobud, bir qədər də yumor hissi olan kişilərə etibar edin.

5. Əlbəttə, qadın daha çox hiyləgərdir, amma onun hiyləsi şəxsi məqsəd daşıyır, uzaqbaşı bir ev yıxar.  Kişi hiyləsindən isə bütöv xalqlar və millətlər məhv olub.

6. Qadın gözləriylə danışırsa, ondan uzaqlaşmaq, qəlbiylə danışırsa, ona yaxınlaşmaq lazımdır. Kişilərdə bu hal tərsinə baş verir.

7. İnanın ki, həyat hər gün bizimlə zarafat edir, yalnız son nəfəsimizdə ciddiləşir.

8. Yaltaqlar heç vaxt ac qalmayacaq, çünki axmaqlar zibil kimi çoxalır.

9. Adamların əksəriyyətini öldürən məhz maraqdır.  "Əl vurma, öldürər!" elanını görənlərin çoxu ona toxunmasa, yolu ötmür.

10. Çılpaqlıq təsir etmir, təəssürat yaradır.

11. Xeyriyyəçi ilə humanist adamın fərqi bundadır ki, birinci rəhm edir, ikinci isə sevir.

12. Məncə, Azadlıq elə təhsil deməkdir, onu qorumaq istəyirsənsə, təhsilli ol, TƏHSİLini qoru.

13. Yüksək mədəniyyət bizi alçalmaqdan, dəhşətli bayağılıqdan qoruyur.

14. Kimdəsə səylə nöqsan axtarırlarsa, deməli, özləri çirkab içindədilər.

15. Özgə həyatını qurdalayanlar axmaq adamlardır, onlara baş qoşanlar isə ağılsız.