GENDER
Kişilər və FEMİNİZM, ya da feminist kişilər Tarix : 01 Mart 2021, 15:02

Feminizm təkcə qadınların məsələsi deyil. Qadın haqlarını qoruyan kişilər də çoxdur, yəni feminist kişilər. Qadın - kişi bərabərliyini müdafiə edən kişilərin sayı artmaqdadır. Əsas məna ondadır ki, feministlər qadınların daha üstün və ya kobud desək özbaşına olması uğruna deyil, insan haqlarının bərabərliyi uğruna mübarizə aparırlar.

Bizdə bu məsələyə bir çoxlarının münasibəti qərəzli və qəzəbli olsa da, dünyada bunu ciddi problem sayan,bununla mübarizə aparan kişilər də var.

Rusiyada da bu mövzu gündəmdədi. Müxtəlif mətbuat səhifələrində, saytlarda müzakirə olunur. Məqsədimiz insan bərabərliyi olduğu üçün bəzi fikirləri diqqətinizə çatdırırıq.

 


 Gender balansının stimullaşdırılmasında medianın rolu … - Modern.Az Azərbaycan və dünya xəbərləri

 

 

Artyom Lanqenburq, filoloq, 36 yaş, Sankt-Peterburq:

 


Feminist qadınların tərəfindəyəm. Mən Simona de Bovuardan Keyt Milletə qədər oxumuşam.Və yazılanları real həyatda gördüklərimlə müqayisə edirəm.

Ancaq düşünmürəm ki, qadın haqlarını qoruyan kişiləri feminist adlandırmaq olar.Bu qadınların mübarizəsidir. Kişilər burda aparıcı qüvvə ola bilməz. Bu yenə də onlara təsiretmə kimi alınacaq. Amma onlara dəstək olmalıyıq.

Femininizmi öyrənməyə çalışmışam .Məni anam və nənəm böyüdüb. Ona görə qadınlarla daha çox ünsiyyətdə olmuşam. Böyüdükcə onların əziyyətini, ailə qayğıları, ev işləri ilə yükləndiyini, müəyyən sahələrdə kişilərdən daha az maaş aldıqlarını, cinsi zorakılığa məruz qaldıqlarını və s. müşahidə etmişəm. Ona görə də feminist qadınları dəstəkləyirəm. Bəzi kişilər məni qınasa da, mən insan olaraq qadın-kişi bərabərliyinin tərəfdarıyam.


 

Serqey Kurakov, 28 yaş, hüquqşunas, Moskva:


-Mən feminist olmağı düşünməmişəm, feminizmi düşünərək araşdırmamışam, sadəcə həyat bunu diqtə edib. Ətrafımdakı tanıdığım qadınların həyatını gördükcə onlara haqq verirəm. Niyə onlar dəyərsiz kişilərə dözməlidirlər? Niyə qadınlar qınaq obyekti olmalıdır? Təkcə cinsi zorakılıq belə onlara haqq verməyə yetər, yəni lap həyat yoldaşı olsun, qadın cinsi münasibət istəmirsə, kişi bunu anlamalıdır.

Mən sevgi, qarşılıqlı anlaşma, hörmət tərəfdarıyam. Sən mənim qadınım, sevgilim, anamsan deyə, yəni qadınsan deyə bunu etməlisən yanaşmasının qəti əleyhinəyəm. Təsəvvür edirsiz, hər şeyi sevgiylə, hörmətlə, anlaşmayla edirik. Necə gözəl olar.

İndi hüquqşunas kimi cinsi zorakılığa məruz qalan qadınlara kömək edən təşkilatla işləyirəm. Bu sadəcə ağlasığmazdı. Onların hər birinin psixoloji yardıma ehtiyacı var. Və bu məni çox ağrıdır, feministləri dəstəkləyirəm. İnsanların bərabərliyi ən vacib məsələdir.

 

Qadın və Kişi bərabərliyi haqqında məşhurların fikirləri - Bildirchin.az 


 

 

 

Kirill Martınov, filosof, pedaqoq, 33 yaş:

 

- Özümü feminist hesab edirəm. Və bunu anlamayan kişilərə acıyıram sadəcə. Məncə belə kişilər özünə inamsız olanlardır. Özgüvəni olmayanlardır.

Gender bərabərliyi məşğul olduğum əsas sahədir. Nə qədər ki, qadına məişət qulluqçusu, cinsi tələbat obyekti kimi baxılacaq, bu məsələ aktual olacaq və onun uğruna mübarizə aparmağa dəyər. Bərabərlik yoxdusa, cəmiyyət nöqsanlı olacaq. Qender bərabərliyi qadınların problemi deyil-bu cəmiyyətin problemidir. Bunu hamı anlamalıdır, yəni hamıya anlatmaq gərəkdir. Xoşbəxt cəmiyyət üçün insanların hüquqlarının cinsindən asılı olmadığını dərk etməliyik.

 

 

 


 

Hazırladı: Kamalə Abiyeva

 

qadinkimi.com