BURA / ORA, SƏNƏT
“O olmasın, bu olsun”un “Gülnaz”ı vəfat etdi (FOTOLAR) Tarix : 08 May 2020, 14:30
Yazar : Qadinkimi.com
"O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandıran aktrisa Tamara Gözəlova dünyasını dəyişib.

Qadinkimi.com xəbər verir ki, bu barədə "Qafqazinfo”ya T.Gözəlovanın qohumları məlumat verib. 

Xatırladaq ki, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 

1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T. Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk qadın diktoru olub. 

Azərbaycan kinosunun şah əsərlərindən sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi İbad” adıyla məşhurlaşan "O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.







qadinkimi.com