BİLİM / DİN
Pivə içmək olmaz? - Rəşad Sultan yazır Tarix : 22 Avqust 2019, 21:56
Yazar : Rəşad Sultan

Belə bir xəbər oxuduq saytların birində: AMEA-nın akademik xanımları pivə içir.

Xəbərin içəriyi: Bolqarıstanda ezamiyyətdə olan akademik xanımlar Sofiyada restoranların birində pivə içərkən şəkil çəkdirib sosial mediada paylaşıblar.

Xəbərdi indi bu? Burda nəsə qınanılır?

Xanım akademiklər axşam pivə içdikləri üçün elmimiz inkişaf etmir?

Pivə ziyanlıdı, ona görə?

Yoxsa, xanımlara pivə içmək olmaz, ona görə?

Yoxsa hər şey etmək olar, amma elə etmək lazımdı ki, heç kim bilməsin?

Yoxsa oğurluq olar, rüşvət olar, haqsızlıq olar, bircə pivə olmaz?

 


Dindirsən, deyəcəklər elə-belə yazmışıq. Elə belə millətin səhifəsində niyə qurdalanaq ki?!

Bu da o deyil ki, öz balkonunda qucaqlaşanları xəbər deyə yayırdılar.

Əgər pivə pis şeydisə, onun sosial, tibbi, psixoloji zərərləri barədə mütəxəssisləri dinləyək, qəşşşşəng bir yazı yazaq.

Qadın və kişi orqanizminə fərqli təsirləri varsa, onu da araşdıraq.

Məsələn, bir ginekoloq kimi deyə bilərəm ki, hamilə qadına spirtli içki qəbul etmək qətiyyən olmaz.

Bu, şəxsi fikrim deyil, bunu elm deyir. Mənim şəxsi fikrim isə inanmıram ki, kiməsə maraqlı ola.

Eləcə də hamının şəxsi fikri özünə qalsın.

 

 

 

 


 

Qadinkimi.com