BURA / ORA, GENDER
Qadınlar oyalanmır, tualetləri azdı Tarix : 20 Noyabr 2019, 23:05
İngiltərədə qadın tualetləri kişi tualetiləri ilə bərabər sayda olsa da, kişi tualetlərindəki pisuar və kabin sayı qadın tualetlərindəki kabinlərdən daha çoxdur. 

Mütəxəssislər hər bir kişi tualetinə qarşılıq iki qadın tualeti təklif edirlər.

İngiltərədə cəmiyyətin sağlıq mütəxəssisləri hesab edirlər ki, qadın tualetini artırmaq hər kəs üçün faydalı olar. Onlar qadınların tualetdə ləngimə səbəbini izah ediblər. 

Royal Society for Public Healthın (Kral Cəmiyyət Sağlamlığı Birliyi) hazırladığı hesabatda kişi tualetlərindəki pisuar sayının qadın tualetlərindəki kabinlərdən çox olduğunu, buna görə qadınların növbə gözləmək məcburiyyətində qaldığını bildirib.
 


Məlumatda ictimai tualetlərin işıqlandırma, yol və zibil toplama qədər təməl ehtiyac olduğu vurğulanır.

BBC-nin 2018-ci ildə apardığı bir araşdırmada, İngiltərənin Böyük bələdiyyələrində ictimai yerlərdə olan tualet sayı 4. 486 göstərilir. Bu rəqəm 2010-cu ildə 5. 159 idi. Məlumatda o da qeyd edilir ki, ictimai yerlərdə kifayət qədər tualet olmadıqda insanlar təbii ehtiyaclarını küçələrdə ödəyir. Bu isə gigiyenik olmadığı üçün xəstəliklərə yol aça bilir. 

İngiltərədə qadın tualetləri kişi tualetləri ilə eyni sayda olsa da kişi tualetlərində pisuar və kabin sayı daha çoxdu. Hesabatda cinsiyyət dəyişdirən insanların da hamı kimi tualetlərdən istifadə haqqının olduğu vurğulanır. 


qadinkimi.com