SƏNƏT, UŞAQ / BÖYÜK
Rəngli arzularla yaşayan Gülxar... Tarix : 28 Dekabr 2019, 19:59
Yazar : Qadinkimi.com
Heç nə əlçatmaz dərəcədə yüksəkdə deyil, yetər ki, insan bir şeyi ürəkdən istəsin. Ağlın qavradığı və inandığı hər şeyi etmək mümkündür. Çatmaq istədiyi hədəfi olan insanlar çalışmaqdan daha çox zövq alarlar. Haqqında danışacağımız gənc həvəskar rəssam Gülxar Əsgərova Azərbaycan İqtisad Universitetinin 1- ci kurs tələbəsidir. Heç bir müəllimdən təhsil almayan Gülxarın bu bacarığı onun fitri istedadıdır.
 Gülxarla kiçik söhbətləşməni sizə də təqdim edirik.

- Gülxar rəsm sənin üçün nədir? 

- İnsanlar həyatın mənasını onun gözəlliyində aramalı və onu daha gözəl məqsədlərə yönəltməlidirlər. Mənim üçün rəsm həyatımın mənası, gözəlliyidir. Və bu gözəllikdən doya bilmirəm. 

- İnsan məqsədinə çatmaq üçün nələr etməlidir? 

- Qarşınıza konkret məqsəd qoymamısınızsa heç nəyə nail ola bilməyəcəksiniz. Mütləq insanın məqsədi və məqsədə çatmaq arzusu, çabası olmalıdır. Bunun üçün isə mübariz olmalısan. Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə özümüzə yer tutmağımızda kömək edir.
 
- Gələcəkdə həyata keçirmək istədiyin arzular? 

-  Azərbaycanda bakalvr təhsilimi bitirdikdən sonra, magistratura təhsilimi İtaliyada davam etdirmək istəyirəm. Bu hal–hazırda məqsədim və ən böyük arzumdur. Və çox istərdim ki, vətənimdə öz dəsti-xəttimi əks etdirən bir markam olsun. 

İnsan arzularının sonu yoxdur. İnsan özünü bir şeyə tamamilə həsr etdikdə Tanrı da ona bu yolda daima yardım edər. Bu gün Gülxarın doğum günüdür. Onu təbrik edirik. Arzularının gərçəkləşməsini diləyirik Gülxar. Uğurların bol olsun.





qadinkimi.com