QADIN / KİŞİ, SEKS
Seksual intellekt hər kəsə lazımdır. Tarix : 30 İyul 2020, 09:45
Seksoloq Marti Klayn seksdə normaların olmadığına əmindir. "Seksual intellekt" kitabında o bununla bağlı bir çox məqamlara toxunur, vücuddan çox  partnyorun seksual istəklərini anlamaq, seks zamanı utanmaq deyil, zövq almaq kimi duyğular haqda düşünmək və s. kimi məsələlərdən söhbət açır.
 
Seksual intellekt – bizim rahatlanmağımıza, indiki anı yaşamağımıza, münasibət qurmağımıza, stimulyasiyaya cavab verməyimizə və partnyorla həm fiziki, həm də emosional əlaqə yaratmağımıza kömək edən daxili resurslar toplusudur.
Seksual intellekt – bilikdən də, səbrdən də, öz vücudunu sevməkdən də daha böyük anlayışdır.
Seksual intellekt yataqda möcuzə yaratmaq, ya da hələ 22 yaşındaymışsınız kimi hərəkət etmək bacarığı deyil. Xeyr. Seksual intellekt – ideal, hətta rahat olmayan vəziyyətlərdə belə özündə cinsi istəyi oyandırmaq və onu qorumaq qabiliyyətidir. Bu, öz dəyişən bədəninə uyğunlaşmaq bacarığıdır; öyrənmək həvəsi və həzz, yaxınlıq, məmnunluqla bağlı baxışların genişliyidir; nəsə plan üzrə getməyəndə uyğunlaşmaq bacarığıdır.
 

Seksual intellekt hamıya lazımdır.

 

 

Seksual intellektə üç şey daxildir:

1. Məlumat və bilgi;

2. Emosional vərdişlər (həmin bilgilərin istifadəsinə imkan yaradan vərdişlər);

3. Öz bədənini tanımaq və komfort (bunlar özünüzü və bildiklərinizi ifadə etmək imkanı yaradacaq)


Əksər insanların seksdə sahib olmaq istədikləri bilgi budur: mən necə möhtəşəm sevgili ola bilərəm?

Tipik "disfunksiyalı” insanları isə, adətən, aşağıdakı sual narahat edir:

"Necə edim ki, bədənim düzgün işləsin? "Disfunksiya”dan necə qurtulum?” (Mənim üçün bu sual həmişə belə səslənir: penisimi, ya da vulvamı qımıldanmağa və möcüzələr yaratmağa necə məcbur edim?)

Hətta çoxları məndən "necə edim ki, partnyorum yataqda daha aktiv və bacarıqlı olsun?”, "Kişilər/qadınlar seks zamanı əslində nə istəyirlər?”, "Hansı poza daha çox həzz verir?” deyə soruşur.

Belə insanların seksdə daha usta olmaq (ya da özlərini elə hiss etmək) istəyi xoşuma gəlsə də, düşünürəm ki, əslində can atmalı olduğumuz şeylər bunlar deyil. Suallara cavab versək belə, bu, seksin daha yaxşı olmasına kömək etməyəcək.

Sizə, həqiqətən, lazım olan bilgi – hər şeydən əvvəl həm özünüzün, həm də partnyorunuzun bədənini idarə etməyi öyrədən, təmaslarla, öpüşlərlə bağlı sizin də, partnyorunuzun da meylləri yazılmış unikal sorğu kitabçasıdır. 


İnsan seksuallığının inanılmaz rəngarəngliyini təsdiqləyən antropoloji araşdırmalar da bizə xeyli yardım edə bilərdi. Bu, həm sizin, həm də partnyorunuzun təcrübəsini, fantaziyalarını, meyllərini və öyrənmək həvəsini sözügedən kontekstdə nəzərdən keçirmək imkanı yaradardı, məqbul olan və olmayan şeylərlə bağlı narahatlığınızı azaldardı.

 

 

Seksdən həzz almaq üçün ehtiyacınız olan şeylərin əksəriyyətinin sekslə heç bir əlaqəsi yoxdur. Seks də daxil olmaqla həyatın bir çox sahələrində məmnun qalmaqdan ötrü emosional vərdişlər vacibdir. Sadə dillə desək, böyüməyi heç nə ilə əvəz etmək mümkün deyil – nə mükəmməl vücudla, nə də ən yaxşı seksual texnikalarla. Bu, maşın işə düşsün deyə benzin çəninə yüz dollarlıq əskinaslar doldurmağa bənzəyir. Pulun özü maşını hərəkətə gətirə bilməyəcək. Bu situasiyada yalnız pulun benzinə çevirə biləcəyiniz dəyəri vacibdir.


 

Əksər kişilər və qadınlar heç də hər zaman yalnız fiziki həzz almaq istəmirlər. Odur ki, emosional vərdişlər bizə, məhz, həmin başqa tələbatları ödəməkdən ötrü lazımdır. Neçə dəfə yaxınlıqdan qorxan, çox pis dinləyici olan, kobud, xudbin insanla –həmin adamın yaraşıqlı, ya da istedadlı olmağı vacib deyil – sevişmək istəmisiniz? (Xahiş eləyirəm, keçmiş ərlərlə bağlı zarafat eləməyin).

Axır ki, gəlib bədənə – bizim seks adlandırdığımız inilti-fısıltıların gizləndiyi yerə çatdıq. Ümumi qəbul olunmuş fikrə görə, bədən partnyorda da, sizin özünüzdə də daha böyük istək yaratmaqdan ötrü gözəl olmalıdır, yəni seksdə onun rolu bundan ibarətdir (guya biz güzgüyə baxanda ehtirasımız oyanır).

Bu ideya, özünü seksual saymayan insanların niyə çox olduğunu, onların niyə özlərini cəlbedici hiss etmədiklərini izah edir. Həmçinin bu, insanları yaşları artdıqca seksual münasibətlər üçün yararsız olduqlarını düşünməyə vadar edir.

Eyni zamanda ümumi qəbul olunmuş mülahizələrə görə, həm özümüzdə, həm də partnyorumuzda şəhvət oyadan o ekzotik və başgicəlləndirici şeyləri, məhz, bədən eləyir.

Təbii ki, bu, bizi bədənin yaxşı işləməyə məcbur olduğuna inandırır. 1966-cı ildə araşdırmaçılar Uilyam Masters və Virciniya Conson seksual reaksiyalar silsiləsinə tərif vermşdilər: seksual stimulyasiyaya cavab olaraq insan bədənində baş verən standart dəyişikliklər. Və dərhal da hər kəs özünü verilən modellə müqayisə etməyə başlamışdı.

1970-80-ci illərdə "Kosmopoliten” və "Playboy” jurnallarında sözügedən mövzudan xəbərsiz olanlar üçün bir yığın yararsız və şübhəli təlimatlar dərc olunmuşdu. Bundan sonra Opra Uinfri və Doktor Fil, seksdə məhz nəyin normal və doğru olduğunu (yəni nəyi qeyri-normal və yanlış hesab etmək lazımdır) hər kəsə başa salmaqdan ötrü 20 il gərgin əmək sərf elədilər. İndi isə hər kəsin ixtiyarında pornoqrafiya var və o, bizi cinsi akt zamanı ağlasığmaz bədən təsvirləri ilə təchiz edir.

 

 

MyCollages

 


 

 
 
 qadinkimi.com