BURA / ORA
Sevərək yediyimiz meyvə və tərəvəzlər necə yetişir? Tarix : 28 Noyabr 2022, 11:23
Yazar : Qadinkimi.com

 

Bitkilər necə yetişir? Ləzzətlə yediyimiz meyvə və tərəvəzlərin maraqlı yetişmə formaları


Qara bibər, brüssel kələmi, kinoa (quinoa), ənginar kimi bir çox meyvə və tərəvəzin necə yetişdiyini bir çox insan bilmir. Məsələn, əksəriyyət ananası bir ağacın meyvəsi kimi tanıyır, əslində isə ananas yerdə yetişən bitkilərdəndir.


Bir sözlə, gündəlik həyatda sevə-sevə alıb yediyimiz meyvə və tərəvəzlər market rəflərində gördüyümüzdən fərqlidir.

Ənginarın dairəvi və sarı rəngli görüntüsünə aldanmayın…


Ənginar əslində bir çiçəkdir. Açdığı zaman belə gözəl görünür.


Toz halında istifadəyə alışdığımız darçın üyüdülmədən əvvəl çox iri görüntüyə sahibdir.

 

Darçın gördüyünüz ağacın qabıqlarının yeyilə bilən iç hissəsidir.

 

Ovuc-ovuc yediyimiz və yeməkdən doymadığımız "keşyu” adı verilən fındıq növünün də qəribə yetişmə şəkli var.

 

Keşyu keşyu ağacının meyvələrinin xaricində yetişir.

 

Yeməklərin ləzzətli ədviyyatı qara bibər rəndələnmədən əvvəl tam fərqli görünür.

 

Bibərlər üyüdülmədən əvvəl belə görünür.


Yemək süfrələrinə xüsusi ləzzət qatan xurma da əsrarəngiz görünüşə sahib bitkilərdəndir.

 

Xurma ağacın sallanan budaqları içində yetişir.

 

Sağlam reseptlərin vazkeçilməzi olan məşhur kinoa bitkisi budağından qoparılmadan əvvəl sanki bəzək aksesuarını xatırladır.

 

Kinoa gördüyümüz bitkinin yeyilə bilən toxumlarıdır.


Salatlara, çin yeməklərinə və şorbalara ləzzət qatan brokolinin yetişmə şəkli də çox maraqlıdı.

 

Brokoli əslində bir bitkinin çiçəyidir.


Quşqonmazı(lat.Asparagus) dəstə halında görməyə öyrəşsək də, əslində bu şəkildə olur.

 

Quşqonmaz torpaqda yetişir.

 

Bir çoxumuzun sevimli yay meyvəsi ananas yaşıl budaqların arasında, torpaqda yetişir.

 

Ananas isti ölkələrdə yetişən bir bitkidir.


Badam çərəzlərdən ən faydalısıdır

 

bir ağacın meyvəsidir və sərt bir qabıq içərisində yetişir.

 

Adətən kiçik toplar halında gördüyümüz brüssel kələmi əslində böyük budaqların arasında yetişir.

 

Turpkimilər nəslindən olan brüssel kələmi yarpaqlı budaqların ən uc nöqtəsində yetişir.

 

Turş və ləzzətli kivi süfrələrimizə gəlib çıxmadan əvvəl bir ağacın budaqlarında olur…


Bağlı şəkildə aldığımız cəfərinin eyni aldığımız kimi yetişdiyini bilirdinizmi?


Cəfəri torpaqda dəstə halında yetişən bir bitkidir.

 

 

Kilo ilə aldığımız və istifadə etdiyimiz noxud düşünüldüyündən daha zəhmətli formada toplanır.

 

Noxud kiçik bir bitkinin içində böyüyür.


Narıncı rəngi ilə insanı heyran qoyan papayya formasına görə banana bənzəyir…


Papayya da eynilə banan kimi ağacda yetişir.

 

Badımcan yetişdiyi zaman demək olar ki, dəyişilməyən tərvəzlərdən biridir.


Badımcan kiçik bitkilərdə yetişən bir bitkidir.

 

Payızın möcüzəvi ləzzətlərindən olan zəfəran əslində soğanlı bir bitkidi.

 

Zəfəran yerdə yetişən zəfəran çiçəyindən əldə edilir.

 

Daha çox yaponların istifadə etdiyi vasabi bitkisi püre halına gətirilmədən əvvəl sərt şəkildə olur. Özünəməxsus dadı olan bu bitkini suşi restoranlarında görə bilərsiniz.

 

Faydalı çərəzlərdən biri olan yer fıstığı əslində bir bitkinin verdiyi toxumdur.

 

Adından da göründüyü kimi torpağın altında yetişir.

 

qadinkimi.com