HƏR ŞEY / HEÇ NƏ, UŞAQ / BÖYÜK
Ata ilə övlad münasibətlərin dağılmasına səbəb ola bilər Tarix : 15 Mart 2026, 14:02
1. Xəsislik: Övladlar atanın xəsisliyini heç vaxt unutmurlar. Yadlara qarşı səxavətli olub, öz ailənizdən maddi və mənəvi dəstəyinizi əsirgəməyin. Unutmayın ki, sizin ailəniz üçün xərclədiyiniz hər qəpik həm də onların gələcəyinə yatırılan sərmayədir.
2. Duyğusal Soyuqluq: Sevgi, şəfqət və səmimiyyətin olmadığı bir ev uşaq üçün qaranlıq bir məkandır. Onlara sevginizi hiss etdirin; çünki ata şəfqəti uşağın özünəinamının təməlidir.
3. Qəddarlıq: Fiziki zorakılıq və döymək ata ilə övlad arasındakı bütün körpüləri yandırır. Qorxu üzərində qurulan münasibət hörmət deyil, dərin bir nifrət yaradır.
 
Ata: Oğul, həyatda bu 3 şeyə can atmalıyıq - Ən yaxşı yeməyi yeməliyik - Ən yaxşı yataqda yatmalıyıq - Ən yaxşı evdə yaşamalıyıq Oğul; Ata, amma biz kasıbıq, bunu necə edə bilərik?
4. Ananı İncitmək: Ananın övladın qəlbindəki yeri toxunulmazdır. Onu əvəz edə biləcəyinizi düşünməyin. Anaya qarşı edilən hər bir kobudluq, hər bir alçaldıcı söz uşağın ruhunda dərin yaralar açır. Ananı sevmək - uşağı sevməyin ən gözəl yoludur.
5. Mənəvi Tənəzzül: Övladın ən böyük qürur mənbəyi atasının ləyaqətidir. Elə yaşayın ki, övladlarınız sizin adınızı hər yerdə başıuca çəksinlər, əks halda onlar sizin kölgənizdən belə utanacaqlar.
6. Müqayisə Etmək: Hər bir uşaq təkrarolunmaz bir dünyadır. Onu qardaşı və ya başqaları ilə müqayisə edərək "O səndən daha yaxşıdır" demək, uşağın fərdiyyətini məhv etməkdir. Onları idarə etmək üçün yalana və ya saxta müqayisələrə əl atmayın.
7. Kiçiltmək və Alçaltmaq: Başqalarının yanında uşağı təhqir etmək, ona kobud ləqəblər qoşmaq və ya onu aşağılamaq hər hansı bir fiziki zərbədən daha ağır travma verir. Sözlə açılan yaralar ömür boyu sağalmır.
Bu yeddi xüsusiyyət ata-övlad münasibətlərini kökündən sarsıdan səbəblərdir. Ey atalar, bu xətalardan uzaq durun ki, övladlarınızın qəlbində nifrət deyil, sonsuz sevgi qazanasınız. Allah hər birimizə xeyirli valideyn olmağı nəsib etsin!
 
 
 Bunları etməyin
 
1. Yaxınlarınızla heç vaxt mübahisə etməyin - kənar qulaqlar bunu yadda saxlayacaq.

2. Övladlarınızla heç vaxt öyünməyin - paxıllıq səssizdir, amma hər şeydən daha təhlükəlidir.

3. Həyatınızdan heç vaxt şikayətlənməyin - əvvəl sizə rəhmləri gələcək, sonra isə sizi müzakirə edəcəklər.

4. Heç vaxt başqaları haqqında pis danışmayın - bu, mütləq bir gün özünüzə qayıdacaq.

5. İnsanların yanında heç vaxt pul saymayın və onunla lovğalanmayın - hamı bunu yadda saxlayır.

6. Yad insanları heç vaxt həddindən artıq özünüzə yaxın buraxmayın - hər qonaq sizə xeyirxahlıq arzulamır.

7. Uğurlarınız və gələcək planlarınız barədə çox danışmayın - xoşbəxtlik səssizliyi sevir.

 
 
 
Allahverdi İsrafilov, polis polkovniki
 
Qadinkimi.com