BURA / ORA, YAZI / DÜŞÜNCƏ
Azərbaycanın döyüşçü qadınları Tarix : 30 Sentyabr 2023, 13:14
Yazar : Qadinkimi.com

Azərbaycan qadınları tarix boyu kişi ilə tam bərabər hüquqlu olub. At çapıb, ox atıb, ən ağır məqamlarda kişilərlə bərabər çiyin-çiyinə döyüşə çıxıb, hətta tez-tez hərbi yürüşlərə başçılıq ediblər. Zaman və tarixi kontekst dəyişsə də, cəsarət, qorxmazlıq, sarsılmaz qələbə əzmi nəsildən-nəsilə ötürülüb.

Həmin döyüş meydanında cəsarət və şücaət göstərən Azərbaycan qadınlarını bir daha xatırlayaq. 



Tomris (e.ə. 6-cı əsr)

Əhəmənilər imperiyasının qurucusu Böyük Kiri döyüşdə məğlub edən Massaget qəbiləsinin əfsanəvi döyüsçü kraliçası.


Qordafərid (7-ci əsr)

Azərbaycan folklorunun və ədəbiyyatının mərdliyi və şücaəti ilə tanınan əfsanəvi şəxsiyyəti. O, qartal lələkləri ilə bəzədilmiş təsvir edilirdi.

Onun qartalın ruhunu miras aldığına və böyük oxatan olduğuna inanılırdı.


Taclı Bəyim (XV-XVI əsrlər)

I Şah İsmayıldan sonra ən nüfuzlu şəxs və siyasi hakimiyyətə malik idi. O, ərinin verdiyi qərarları dəyişdirə bilmiş, oğlu Təhmasibin adından 16 il dövləti idarə etmiş, "Bacılar" (döyüsçü qadınlar) ordusunun başında Çaldıran döyüşündə iştirak etmişdir.


Leyla Məmmədbəyova (XX əsr)

Azərbaycanda, Qafgazda və bütün 

Şərqdə ilk qadın pilot. Azərbaycanda və

Qafgazda ilk, SSRI-də ikinci qadın paraşütçü, eləcə də Azərbaycanda ilk qadın kaskadyor.


Ziba Qəniyeva (XX əsr)

Böyük Vətən Müharibəsi iştirakçısı, radio operatoru, snayper, kəşfiyyatçı. O, 129 işğalçını məhv edib, şəxsi şücaətinə görə bir çox dövlət mükafatlarına layiq görülüb.


Züleyxa Seyidməmmədova (XX əsr)

İkinci Dünya Müharibəsinin iştirakçısı, Sovet qırıcı pilotu, aviasiya kapitanı, 586-cı Qırıcı Aviasiya Alayının şturmanı, paraşüt üzrə təlimatçı, Azərbaycan SSR sosial təminat naziri. İlk azərbaycanlı hərbi pilot.


Gültəkin Əsgərova (XX əsrin sonu)

Hərbi həkim, Qarabağda könüllü döyüşlərin iştirakçısı. Azərbaycanın Aranzəmin kəndi istiqamətində gedən döyüşdə həlak olub. 1993-cü ildə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.


qadinkimi.com