Bağışlamaq kin saxlamaqdan azad olmaqdır
Tarix : 20 Dekabr 2025, 15:27 Vicdan - insanın içindəki ən güclü hakimdir.
Şərəf - insanın özünə və başqasına qarşı olan hörmətinin təcəssümüdür.
Ləyaqət - hər vəziyyətdə öz dəyərini qorumaq bacarığıdır, nəfsə uymamaq cəsarətidir.
Haqq - başqasının haqqına girmək, öz həyatına yük yığmaqdır.
Yalan - bir anlıq rahatlıq, amma uzunmüddətli əzabdır.
Ədalət - hər kəsin haqqını tanımaq və qorumaq, cəmiyyətin dirəyi sayılır.
Dürüstlük - sözlə əməl bir olarsa, insanın etibarı da dağ kimi möhkəm olar.
Tövbə - səhvini qəbul edib düz yola dönmək, ruhun təmizlənməsidir.
Səbir - çətinliklər qarşısında sınmamaq, insanın daxili gücünü göstərir.
Şəfqət - başqasının ağrısını hiss etmək, insanlığı yaşatmaqdır.
Halallıq - qazancın təmizliyi, ruhun rahatlığıdır.
İnam - özünə və doğruya olan güvən, uğurun başlanğıcıdır.
Məsuliyyət - hərəkətlərin nəticəsini dərk etmək, yetkinliyin göstəricisidir.
Təvazökarlıq - böyüklük iddiası olmadan böyümək, əsl ucalıqdır.
Topladı Rəçad Əjdərzadə
Qadinkimi.com