Ərə getmək istəyənlər üçün
Tarix : 23 Noyabr 2026, 10:30 ƏRƏ GETMƏK HAQQINDA TÖVSİYƏLƏR
1912-ci ildə rus qəzetlərindən birində xanımlara ərə getməklə bağlı alman qəzetindən tərcümə edilmiş tövsiyə toplusu dərc edilib. Maraqlıdır, oxuyaq, görək, indiki dövr üçün nə qədər aktualdır. Deməli, qəzet yazır:
"Aşağıda deyilənlər varsa, belə kişidən uzaq durun, ona ərə getməyin:
● söz verdiyi vaxtdan görüşə 1 saat gecikirsə
● əyləncə axtarışındadırsa
● heyvanlara qarşı kobuddursa və təbiət qoynunda olmağı sevmirsə
● geyiminə həddən artıq düşkündürsə, ya da çox pinti və özünə heç baxmayandırsa
● bircə dəfə belə olsa, yalanını tutmusunuzsa
● bəzək əşyaları - üzüyü, breloku ilə qürrələnirsə
● maddi vəziyyətindən şikayətlənirsə- elə birbaşa soruşun ki, özünü dolandıra bilmirsə, evlənsə, sizə necə baxacaq
● qapalıdırsa və danışanda göz-gözə gəlməkdən qaçırsa
● başqalarını dolayırsa (əmin olun, beləsi evlənəndən sonra sizə də istehza edəcək)
● pafosla danışırsa (yadda saxlayın: belələri dil pəhləvanıdır). Amma tərif deməkdə xəsis olandan da uzaq durun. Beləsindən kobud rəftar görəcəksiniz. Sizə yazdığı məktublarda tərifinizi göyə qaldıran kişiyə də yaxın durmayın. Eləsindən də xeyir gəlməz.
● atanızın pulu ilə maraqlanırsa
● valideynlər (sizinki, ya özününkü - fərq etməz) haqqında xoş danışmırsa
● həyatda məqsədi yoxdursa ● kənarda başqa qadınla əlaqəsi varsa və sizi sevdiyindən tam əmin deyilsinizsə (beləsindən qaçın)
Bir də diqqət edin: HƏFTƏNİN CÜMƏ GÜNÜ ƏRƏ GETMƏYİN!