Nigar Mövsümlü Xocavənd rayonunun tarixində bir ilkə imza ataraq ABŞ-ın Harvard Universitetinə magistr dərəcəsinə daxil olub.
	
Xocavənd rayon Muğanlı kənd sakini Mövsümlü Nigar İlyas qızı ABŞ-ın Harvard Universitetinə magistr dərəcəsinə daxil olub.
	
Xovavənd rayonunun facebook səhifəsində verilən məlumata götə, Nigar 10 avqust 1993-ü ildə anadan olub. İlk ali təhsilini Qafqaz Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə alan Nigar təhsilini Türkiyənin Hacəttəpə Universitetində davam etdirib. 
	
2014-2017-ci illərdə Deloitte Audit ve Konsaltinq şirkətində Auditor/Konsultant, 2017-ci ildən Unilever istehsalatçı firmasında Azərbaycan və Gürcüstan ölkələri üzrə ölkə müdir müavini vəzifəsində çalışır. 
	
Nigar Mövsümli həm də Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvüdür.
 
	
qadinkimi.com