***
 Özün kimi aldatmaz kimsə.
	
***
Gecikdiklərin sənin deyil.
Gecikmədiklərin  sənindi.
	
***
 Ayrılıq öldürmür, ağrılar öldürür.
	
***
 Xoşbəxtlik sən istəyən yerdə deyil, öz yerindədi.
	
	
***
 İnsan həqiqəti çılpaq görmək istəmir.
	
	
***
Nə qədər bəzəsən də yalan  həqiqət olmur...
	
***
 Hər qapını döymə, hər döyənə qapı açma. 
	
***
 Anlayıb yaşamırsan, yaşayıb anlayırsan.
	
***
Ümid insanın aldanmaq istəyidir.
	
***
 Sevgini qorumaq tapmaqdan çətindir.
	
***
Uşaq idim böyük olmaq istədim,
böyüdüm uşaq olmaq istədim.
	
***
Ürəyi yumruğu boyda olanlardan qorxun,
yumruğu ürəyi boyda olanlardan qorxmayın. 
	
***
İnam güclü,inamsızlıq qorxaq, inamı itirmək şikəst edər.
	
***
 Müharibə sevginin məğlubiyyətidir.
	
***
 Nifrət doğulanda sevgi ölür.
	
***
Heç kimin dünyaya sığmaq ehtiyacı yoxdur, hamının bir ürəyə sığmaq ehtiyacı var.
	
***
 Gözəl olanı sevmirsən, gözəl gördüyünü sevirsən.
	
***
 Unutmaq ən böyük ehtiyacımdı xatırlamaq kimi.
	
***
 Cəza Ədalətin qələbəsi deyil.Ümiddir. Ədalət Cəzaya ehtiyac olmayanda qalib olacaq.
	
***
 Güzəşt insanı ağırlaşdırır.
	
***
 Hər eşitmək istəmədiyin yalan deyil.
	
***
 Hər eşitmək istədiyin həqiqət deyil. 
	
***
 Susa bildiyiniz qədər susmayın, susa bilmədiyiniz qədər susun.
	
***
 Hər səhv günah deyil, hər günah səhvdi.
	
***
 Tanrı bağışlayan olsaydı, cənnət – cəhənnəm olmazdı.
 
	
 
 
	KAMALƏ ABİYEVA 
	Qadinkimi.com