QADIN / KİŞİ
"0" ehtiraslı dostluq Tarix : 19 Dekabr 2025, 20:43
Alimlər evli kişi və evli qadınların dostluğu mövzusunda geniş araşdırmalar aparmaqla bu nəticələrə gəliblər:

— Kişilər onlar üçün seksual cazibəsi olan qadınlarla dostluğa meyllidilər. Kişinin dostluq etdiyi qadına ehtirası "sıfır” ola bilməz. Nə qədər gizlətməyə çalışsalar və inkar etsələr də, bu hiss olur. Evli kişilər hesab edir ki, dost olduğu evli qadının da ona qarşı gizli ehtirası var, amma əksər hallarda belə olmur.

— Evli qadın başqa bir kişi ilə "sıfır” ehtiraslı dost ola bilər. Hər kəs dünyaya öz aləmindən baxdığından, qadının əri onu dostuna qısqanmağa meyllidir. Hesab edir ki, adamın onun arvadına qarşı (və arvadının ona qarşı) gizli ehtirası mütləq olmalıdır. Başqa sözlə, kişilər "sıfır” ehtiraslı kişi-qadın dostluğuna inanmırlar. Evli qadınlar isə bunu mümkün hesab edirlər.

— Evli qadın dost kişiyə "sıfır” ehtirasla yanaşırsa, hesab edir ki, qarşı tərəf üçün də belədir. Buna görə, ərinin onu dostuna qısqanmasını anlamır. Yəni, iki fərqli dünyagörüşü toqquşur bu məsələdə.

— subay qadın da "sıfır” ehtiraslı dostluqda ola bilər. Amma bu kişi onun yeganə dostudursa, qadın onun potensial cinsi tərəfdaş (yaxud potensial ər) ola biləcəyini isitsna etmir və buna ümid edir.
 
 
"İllərdir ki, qadınla kişi arasında dostluğun mümkün olub-olmaması barədə suallar insanları dərindən düşündürür. Lakin təəssüf ki, insanlarda bu məsələ ilə bağlı sağlam düşüncə yoxdur. Əgər bir qadının oğlan dostu və ya bir kişinin qadın dostu varsa, deməli, onlar arasında nəsə var. Loru dildə desək, həmin adamın "adı çıxır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.Onun sözlərinə görə, əslində, qadın və kişi dostluğuna mane olan bu cür düşüncələrdir: "Yoxsa ki qarşı cinslər arasında rahatlıqla dostluq münasibəti qurula bilər. Mənim də ətrafımda, hətta doğmam olmasa belə, ürəklə qardaş deyə biləcəyim kişi dostlar var. Çünki biz sağlam düşüncəyə sahibik. Amma sağlam dostluq münasibəti qura bilənlər ən uzağı 20% təşkil edir. 100-ün 20%-i isə yox deməkdir. Çox insan dost adı altında qarşı tərəfə daha fərqli duyğular bəsləyir. Hətta onun haqqında danışanda belə daxilən göz yaşı axıdır. Bəlkə də həmin insan, sadəcə, dostunun ağlına, davranışlarına aşiq olur. Onunla heç bir cinsi əlaqə haqqında düşünmür. Çünki onların arasında müəyyən qədər məsafə olur. Lakin qadın və kişi olaraq dostlar daha yaxın bir münasibətdə olsalar, onda getdikcə onlar arasında söz-söhbət yaranmağa başlayacaq”.
 
 
 
Kayzen (psixologiya)
Qadinkimi.com