Mən niyə çəkimi azalda
bilmirəm?
Bu sualı özünüzə verirsinizsə bunları bilməkdə fayda var.
Gündəlik qayğı dolu
həyatımızda özümüzü unuduruq. Hər kəsə qayğı və sevgi göstəririk özümüzdən
başqa.
Arzularımızı,
istəklərimizi, həyat planlarımızı başqalarına qurban veririk. Özümüzə davamlı
yox deyirik.
Bir kitab almaq
istəyirik, amma yox indi kitabın vaxtı deyil.
Bir kursa getmək
istəyirik, amma yox bahadı vaxtı deyil, uşağımın daha vacib ehtiyacları var.
İdmanla məşğul olmag istəyirik, yenə də yox deyirik, indi vaxtımı buna sərf edə bilmərəm.
Teatra getmək istəyirik,
yeni bir peşəyə yiyələnmək istəyirik yenə də özümüzə yox deyirik.
Bəzən istəmədiyimiz
insanlarla ünsiyyət qurmağa özümüzü məcbur edirik, istəmədiyimiz mövzular haqqında
danışmağa özümüzü məcbur edirik.
İstəklərimizə yenə də yox deyirik.
Azadlığımızı
məhdudlaşdırırıq, fürsətləri əlimizdən özümüz alırıq.
Özümüzə xəyanət
edirik. Bizdən başqa həyatımızda hər kəs önəmli, vacibdi.
Beləliklə yox
limitimizi doldurmuş oluruq.
İstədiyimiz yemək və qidalara yox deyə bilmirik, çünki "yox” limitimiz dolub.
Şüurumuz son arzumuzu əldən verməyə qoymur və sağlam müqavimət göstərir.
Bu halda dieta saxlayıb,
yeyib-içdiklərimizi tənzimliyə bilmək gücünə malik deyilik.
Məhz bu səbəbdən, əksər hallarda tam sağlam olduğumuza baxmayaraq çəkimizi azalda bilmirik.
Özünüzə hə deməyi
öyrənmək vacibdi. Öz maraqlarınızın, arzu və istəklərinizin əzilməsinə, ikinci
plana atılmasına icazə verməyin.
Əlbəttə bu bir anda
ola bilməz, əlbəttə çətin olacaq, ətrafınızdakı hər kəs sizə narazılığını
bildirəcək, basqı tətbiq edəcək.
Çünki siz artıq onlar
üçün özünü ikinci plana atan, fədakar adamdan özünə dəyər verən, öz mənafeyini
qoruyan, öz istək və arzularına sahib çıxan bir adama çevrilirsiz.
Zamanımızda sosial basqı çox şiddətlidi, qalib qəlmək çətin ola bilər, lakin cəsarət göstərib mübarizəyə başlasaz nəticələri sizə "buna dəyər” deyəcək. O halda indi başlayın.
Qadinkimi.com