Ömrün 50 ilindən sonra Tarix : 13 Sentyabr 2024, 01:26

Qadın həyatın özüdür. Onu yaşamaq da, məhv etmək də "SEVİRƏM" deyən insanın əlindədir.


Amerikalı məşhur bloqer Mişel Kombs maraqlı fikirlərini, müşahidələrini öz izləyiciləri ilə bölüşür. Onun diqqət çəkən fikirlərindən biri 50 yaşından sonra qadınlara verdiyi məsləhətlərdir. Ömrünün 50 ilini arxada qoyan qadın nə etməlidir?


Dünya qarmaqarışıq, həyatımız asan deyil. Bununla özünüzü yükləməyin. İlk növbədə dünyanın dərdini çəkməyin, günü ah-vayla keçirməyin. Özünüzü və yaxınlarınızı düşünün. Hər gününüzü maraqlı etməyə vaxt sərf edin. Belə yaşamaq daha gözəldir.

 

 


Hər birimiz səhvlər edir, peşimançılıq çəkirik. Bunları xatırlamaq acı verir. Kimsə ideal yaşaya bilmir. 50 yaşında olanlar üçün təəssüflənmək lazım deyil. Dünəni arxada buraxın, bu günlə yaşayın.

 


Həyatınızı sevin. Xarici görkəminizə diqqət edin.

 

Ətrafdakıların münasibətini düşünməyin. "Nə geyinim” deyə özünüzü yormayın. Sizə yaraşan, özünüzü rahat hiss etdiyiniz geyimlərdən istifadə edin.

 

Xoşbəxt Qadin. - Xoşbəxt Qadin. yeni bir şəkil əlavə etdi.

 


 

Gülümsəyin. Təbəssüm hər yaşda insanı gözəl göstərir.

 

 


 

qadinkimi.az