SEVGİ
Müəllim ömrü Tarix : 03 Oktyabr 2025, 15:09

Bu günlərdə şairə, publisist, pedaqoq Kamalə Abiyevanın ədəbi, pedaqoji fəaliyyətinə və yubileyinə həsr olunmuş "Müəllim ömrü” adlı bədii, musiqili görüş keçirilib. Tədbiri Aybəniz Güllərin sədr olduğu "Türk Dünyası Həmrəy və Sülh Qadınları Alyansı” təşkil edib. Alyansın Bəstəkar qadınlar klubunun sədri, bir çox mahnının söz və musiqi müəllifi, Fizika elmlər namizədi, dos. Gülşən Rafiqqızının təşkilatçılığı və aparıcılığı ilə baş tutan tədbirdə şairənin şeirləri, sözlərinə yazılan mahnılar ifa olunub.

 

Bir 4 nəfər və mətn şəkili ola bilər 

 

Çıxış edənlər Kamalə xanımın bədii yaradıcılığının mənəvi dəyərlərini, fəlsəfi, poetik yükünü xüsusi vurğulayıblar.

 

 

 


Kamalə Abiyeva öz çıxışına qələbəmizin beşilliyini vurğulayaraq, şəhidlərin xatirəsini anaraq başlayıb. İlk olaraq İkinci savaşın qəhrəmanı Elçin Həsənliyə yazdığı şeiri səsləndirib və sözü igid şəhidimizin anası və müəllimə Xatirə İsmayılovaya verib. Xatirə xanım öz duyğularını, Kamalə xanımın yaradıcılığına, özünə olan fikirlərini bölüşüb.


 

 


Alyansın üzvləri, Kamalə xanımın işlədiyi Yasamal rayon 31 №li tam orta məktəbin müəllimləri, sevənləri iştirak edən tədbirdə istedlı ifaçılar Vüsal Hacıyev, Naid Şadxan, Zümrüd Hümbətova onun sözlərinə yazılmış mahnıları səsləndirib.Tədbir iştirakçıları Kamalə xanımın, eləcə də şairə və qiraətçi Müşfiqə Baladdinqızının, Aysel Əlizadənin ifasında şeirlər dinləyiblər.

Bir 7 nəfər, gülümsəyən insanlar və xəstəxana şəkili ola bilər 

 

Gülşən Rafiqızının, Aybəniz Güllərin, Xatirə İsmayılovanın, f.e.d. yazıçı Salida Şərifovanın, filoloq, yazıçı Mənzər Niyarlının, şair, yazıçı, publisit Aysel Əlizadə, məktəbin direktor müavini Naibə Rüstəmova və başqalarının çıxışları tədbirə xüsusi rəng qatıb.

Görüşdə şairənin müəllif olduğu kitablar sərgilənib.
Bir çiçək və mətn şəkili ola bilər
 
 Bir 1 nəfər, pəncər, eustoma gülü, pion və çoğan şəkili ola bilər
Qadinkimi.com