HƏR ŞEY / HEÇ NƏ
Pulunuzu idarə etməyin beş sadə yolu Tarix : 01 Fevral 2026, 22:02
1. Zəruri ehtiyaclar qaydası: Mağazaya və ya hər hansı alış-verişə çıxmazdan əvvəl mütləq siyahınız olmalıdır. Əgər siyahınız yoxdursa, siz oraya nəsə almağa deyil, sadəcə pul xərcləməyə gedirsiniz. Unutmayın: heç bir halda marketinq hiylələrindən daha ağıllı olduğunuzu düşünərək ehtiyatsız davranmayın.
 

2. Bir ay qaydası: Bahalı bir əşya almaq istədikdə özünüzə 30 gün vaxt verin. Əgər bir aydan sonra həmin istəyiniz hələ də qalıbsa, deməli, o sizə həqiqətən lazımdır. Əgər bu müddət ərzində onu unutmusunuzsa, deməli, bu, sadəcə keçici bir emosional impuls olub.
 

3. Xərcsiz günlər: Həftədə ən azı bir günü "sıfır xərc" günü elan edin və həmin gün bir qəpik də xərcləməyin. Bu, qənaətdən daha çox, iradənizi və xərclərinizi idarə etmək qabiliyyətinizi yoxlamaq üçündür.
 

4. Keyfiyyət qaydası: Bir dəfə keyfiyyətli məhsul almaq, on dəfə ucuz və yararsız əşya almaqdan daha sərfəlidir. Unutmayın ki, "kasıb həmişə ikiqat xərcə düşür" - keyfiyyətsiz mal sizi təkrar-təkrar xərcləməyə məcbur edir.
 

5. "Kor adam" qaydası: Başqalarının süni göstərişlərinə (lovğalığına) və alış-verişlərinə baxmağı tərgitməlisiniz. Başqasının həyat tərzi sizin üçün meyar deyil, bir tələdir. Pul məsələsində də, həyatın digər sahələrində olduğu kimi, hər şeyi düşüncə tərzi həll edir.
 
Dövlətlər niyə istədikləri qədər pul çap edə bilmirlər?
 
P.S. Gəlirlərin azlığı şəraitində hər bir qəpiyin hesabı daha böyük önəm kəsb edir. Pulun miqdarı hər zaman bizim əlimizdə olmasa da, onu necə xərclədiyimiz üzərində müəyyən nəzarətimiz var. Arzuları təxirə salmaq və ya xərclərə sərhəd qoymaq bizi zəngin etməsə də, iqtisadi çətinliklər qarşısında daha dözümlü edir. Bu, varlılıq deyil, çətin şəraitdə özünü və ailəni qorumaq üçün göstərilən bir iradədir.
 
 
 
Allahverdi İsrafilov, polkovnik.
Qadinkimi.com