BURA / ORA
Qaçış kedi olmadı, yara bantı ilə qaçdı və birincilik qazandı - 11 yaşlı qızın qələbəsi Tarix : 24 Noyabr 2022, 08:30
Fotoda gördüyünüz 11 yaşlı bu qızcığazın adı Rhea Bullosdur. O, Filippində məktəblərarası qaçış yarışına qatılmaq istəyirdi, lakin ailəsinin qaçış üçün ayaqqabı almağa imkanı yox idi.
 

Rhea bütün çətinliklərə baxmayaraq arzularından vaz keçmir, ayağını yara lenti ilə bağlayıb yarışa qatılır. Ayağına bağladığı lentin üstünə Nike-ın loqosunu çəkməyi də unutmur.
 

Nəticədə Rhea Bullos 400, 800 və 1500 metr məsafəyə qaçışların hər üçündə qalib gələrək birinci olur. Balaca məktəblinin bu uğurunu "Nike” şirkəti öyrənir və ona arzu etdiyi qaçış ayaqqabısını, corabını hədiyyə edir.
 

Filippinli qızcığazın bu qələbəsi bizə bir daha göstərir ki, imkansız deyə bir şey yoxdur. Uğur əldə etmək üçün sadəcə cəhd etmək, inanmaq və istəmək bəs edir.
  
qadinkimi.com