YAZI / DÜŞÜNCƏ
Sənin işin yaşamaqdır Tarix : 20 Dekabr 2025, 15:08

70 yaşım olandan sonra oturub həyatımı düşündüm. Yaşadıqlarımı düşündüm. Və nə oldu? Bir vaxt mənə həqiqət kimi görünənlərin bir çoxunun illuziya olduğunu anladım.


Uşaqlar? Onların öz həyatı var.


Sağlamlıq? Onu da zamanla itirirsən.

 


Dövlət? Ədədlər, yeniliklər, vədlər...

 


Qocalıq güzəştə getmir. O ən ağrılı döyür.

Nəticə qəddar, acı və xilasedici oldu.

 


Uşaqlar... Onların işi-gücü, ailəsi, qayğıları, əyləncələri.
Sən isə bir zəng, diqqət gözləyirsən.
"Bax, onları böyütdüm, qocalıqda mənə arxa olacaqlar” deyə düşünməyə adət etmişik. Gözəl səslənsə də, həqiqət bu deyil.

Oturub televizora baxırsan, mesaj gəlir: "Salam ana. Necəsən? Biz yaxşıyıq...” Hər şey yaxşıdı, sağ-salamatdılar. Sevinirsən, amma o boşluq dolmur.
Sadə bir həqiqəti anlamaq lazımdır; Uşaqlar tənhalıqdan xilas etmir. Onlar sevincdir, xoşbəxtlikdir, əlağacı deyil.

Dahilər, Aforizmlər və Poeziya - Ay nənə, bir nağıl da de! - Ömrüm-günüm, yat daha, Hamısını indi desəm, nağıl qalmaz sabaha. - Can nənə, de birini də. - Ağrın alım, sözə bax.

 


Sağlamlıq da gedir. Əvvəllər həvəslə getdiyin yerlərə, səyahətlərə getmək marağın da yoxdur.

 


Nə qaldı? Təqaüd, yəni pul.

Təqaüd həyat deyil. Nəşriyyatdı. Sən illərlə "təqaüd alacam, yaşayacam” deyə çalışırsan. Sən dövlətdən alacağın pulla ürəyincə yaşayacağını düşünürsənsə, səhv edirsən.

 

 

312 Foto Pensiun Usia, Gambar Dan Background Untuk Unduh Gratis - Pngtree

 


Bəs ləyaqətlə necə yaşayasan? Bu haqda xeyli düşündüm və acı olsa da real nəticəyə gəldim.

 


Həyatın 5 sərt qanunu:


1. Pul uşaqlarından etibarlıdır.

İnciməsin, qınamasın kimsə, amma övlad sevgidir sevincdir, amma təqaüd fondu deyil. Sənin öz fondun olmalıdır. Ehtiyat pul yığmalısan kiçik məbləğ olsa da. Bu azadlığındır.


2. Sağlamlıq-bu əsas işindir, başqa işlər sağlamlıqla müqayisədə əhəmiyyətli deyil. Sağlamlığına diqqət et, idmanla məşğul ol, qidana fikir ver, təmiz havada gəzintiyə çıx. Bütün dövlətin sağlamlığındır.

 


3. Sevinməyi öyrən. Gözləmək ən pis düşməndir. Kimdənsə bir zəng, bir hədiyyə gözləmə. Xoşbəxtliyi özün yaratmalısan: özünə dadlı yemək hazırla, ya bir kafeyə get. Yeni bir geyim al. İmkan daxilində konsertə, tamaşaya get.

 

4. Qocalıq zəif, çarəsiz olmaq səbəbi deyil. Mən öz tanıdığım yaşlıları arasında daim şikayətlənən, "oy oram ağrıdı, buram ağrıdı” deyə daim şikayətlənən, hamını günahkar bilən, hamıdan nəsə gözləyənləri görmüşəm. Bilirsizmi nə olur? Ən sevdikləri belə ondan uzaq olmağa çalışır. Qocalıq acımaq, qıcıqlanmaq hissi doğurmamalıdır. Sən öz duruşunla bunu göstərməlisən.

 


5. Keçmişi dinc burax, bu günlə yaşa. "Bax əvvəl belə idi. Əvvəl daha yaxşı idi. Belə ola bilərdi.” Bu düşüncələr ən qorxulu tələdir. Keçmiş daha yoxdur. Keçmişi unutmağa çalış. Ondan ayrıl. Sənin bu günki işin yaşamaqdır.

Azadlıq və güc öz əlindədir.Qocalıq da bir imtahandır. Onu özün verməlisən. Ya həyatı olduğu kimi qəbul edib, yaşayırsan, ya da bir küncdə oturub həyatdan, doğmalardan, canından şikayət edirsən....

 


Özünü quyuya salma. Heç kim xilas etməyəcək!

 

 

Qadinkimi.com