BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Tehranda hicabsız səhər yeməyi yeyən bu qızlar həbs olunub Tarix : 03 Oktyabr 2022, 11:02

Tehranda iki gənc qız saçını bağlamadan səhər yeməyi yediyi üçün həbs edilib. Onların kafedə səhər yeməyi zamanı çəkilmiş görüntüləri sosial mediada yayıldıqdan sonra Donya Rad və rəfiqəsi İran polisi tərəfindən saxlanılıb. Donyanın bacısı bu barədə öz twitter səhifəsində açıqlama verərək bacısının məşhur "Evin” həbsxanasının 209-cu bölməsinə aparıldığını deyib. 


Qadinkimi.com həmin açıqlamanın çevirisini sizə təqdim edir. 


"Dünən yuxarıdakı foto paylaşıldıqdan sonra  təhlükəsizlik orqanları bacım Donya Radla əlaqə saxlayıb. Bəzi izahatların verilməsi, dəqiqləşdirmələr aparılması üçün şöbəyə çağırıb. Bu gün təyin olunmuş yerə getdikdən sonra onu həbs ediblər. Bir neçə saat ondan xəbərsiz qaldıqdan sonra Donya mənə zəng etdi. Qısa telefon danışığında "Evin” həbsxanasının 209-cu bölməsinə aparıldığını dedi”. 

 

Qeyd edək ki, "Evin” həbsxanası siyasi məhbusların saxlanıldığı təcridxanadır və 209-cu bölmə "Evin” həbsxanasının ən qorxulu yeridir. Ora yalnız Kəşfiyyat Nazirliyi nəzarət edir. Həbsxana nəzarətçiləri, müstəntiqlər həbs olunanlara istədikləri kimi işgəncə və təzyiq edirlər.

 



qadinkimi.com